Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində 30 iyun 2020-ci il tarixdə “1 avqust-Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” münasibətilə onlayn tədbir keçirilib. Tədbiri mərkəzin direktoru Nubar Allahverdiyeva açaraq bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dilimizin təkmilləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atılmış,
Babək rayon ümumtəhsil məktəblərinin şagirdlərinin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra müsabiqələr, bilik yarışları təşkil edilir. Belə müsabiqələrdən biri də 30 iyul 2020-ci il tarixdə Babək şəhər 1 nömrəli tam orta məktəbində açıq havada müxtəlif yaş qrupları arasında keçirilən tennis yarışıdır. Babək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılğı ilə keçirilən yarışın nəticələrinə görə Qurban Süleymanzadə I yerə, İlkin Süleymanzadə II yerə, Fərid Abdullayev isə III yerə layiq görülüb. Sonda qaliblər diplomla təltif olunublar.
27 iyul 2020-ci il tarixindən etibarən Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən rayon ümumtəhsil məktəblərinin direktorlarının və müəllimlərinin iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn seminarlara başlanılıb.
30 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə 30 iyul 2020-ci il tarixdə Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.