Muxtar respublikada 21 avqust 2020-ci il tarixdə qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək.
İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə keçiriləcək.
Bu gün Gənclər Şəhərciyindəki basketbol meydançasında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə oğlanlar arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdə “Naxçıvan” - “Babək” komandaları qarşılaşıb.
Bu gün Naxçıvan Şəhər Peşə Liseyində Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərlə onlayn marifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi olub.