Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi və Sumqayıt Şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 18 avqust 2020-ci il tarixdə saat 9:00-da www.lichess.org platforması vasitəsi ilə məktəblilər arası onlayn yoldaşlıq görüşü keçirilib. Görüşün təşkilində məqsəd şagirdlərin şahmat biliyinin daha da artırılması və onların yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Qarşılaşma 5+1 Blits sistemində keçirilən.
17 avqust 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Nağılı (şeiri, hekayəni) oxunan parça üzrə tanı” adlı onlayn müsabiqə keçirilib.
Muxtar respublikada 21 avqust 2020-ci il tarixdə:
17 avqust 2020-ci il tarixdə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.
Avqustun 17-də Naxçıvan Şəhər 16 nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdə Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov tədbiri açıq elan edərək bildirib ki, yoldaşlıq görüşünü keçirməkdə məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaqdan ibarətdir.