Naxçıvan Muxtar Respublikası Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə Türkiyənin Hatay Şah Şahmat klubu arasında Yoldaşlıq görüşü keçiriləcək. Turnir 1 sentyabr saat 17:00-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi, Culfa Rayon Uşaq-Gənclər Şahmat məktəbi və Hatay Şah Şahmat klubunun birgə təşkilatçılığı ilə Lichess.org saytında onlayn qaydada baş tutacaq.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli şahmatçıları ilə Təhsil Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbinin şahmatçıları arasında lichess.org saytı vasitəsilə onlayn yoldaşlıq görüşü keçirilib.
Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi, Sədərək rayon Şahmat məktəbi və Balakən Rayon Uşa-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmatçı idmançılar arasında www.lichess.org saytı vasitəsi ilə yoldaşlıq görüşü keçirilib.
Yeni tədris ilindən milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təhsil Kursları” MMC abituriyent istiqaməti üzrə öz fəaliyyətinə başlayacaqdır. Naxçıvanda təhsilin inkişafına yardım göstərmək, Naxçıvan təhsilini təbliğ etmək və istedadlı gəncləri təhsil sistemində düzgün istiqamətləndirmək, Naxçıvanın orta, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərinə təhsilin sonrakı pilləsinə qəbul olmaq üçün imtahanlara hazırlaşmaqda köməklik göstərmək, muxtar respublikanın daxilində tətbiq edilən digər imtahanlara, xarici ölkələrdə təhsillə bağlı olan və imtahanla qəbul edən təhsil qurumlarının qoyduğu tələblər əsasında hazırlıqlar və maarifləndirmə işləri apararaq təhsilin inkişafına xidmət göstərmək məqsədilə yaradılan “Təhsil Kursları” Naxçıvan şəhər Atatürk prospekti 31 ünvanında fəaliyyət göstərəcəkdir.
Fəaliyyət göstərdiyim Naxçıvan Qarnizonu tam orta məktəbində 600-dən çox şagird təhsil alır. Tədris ocağında əlamətdar və tarixi günlərlə, milli-mənəvi dəyərlərlə bağlı keçirdiyimiztədbirlər davamlı xarakter alıb.