Bu gün Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrinin seçilməsi və Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun Federasiyanın tərkibinə daxil edilməsi məsələsinə baxılması nəzərdə tutulub.
Ölkəmizdə təhsil strategiyasının əsasını qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev deyirdi: “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”.
Avqustun 18-də Babək rayon Çeşməbasar kənd tam orta məktəbinin suni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək” devizi altında keçirilən yoldaşlıq görüşünün final mərhələsi baş tutub.
18 avqust 2020-ci il tarixdə Heydər Əliyev Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində İnnovasiyalar və uşaqların inkişafı şöbəsinin Robotexnika dərnəyinin “Məlumat tipləri və bağlantıları” mövzusunda onlayn məşğələsi keçirilib. Dərnək üzvlərinin iştirakı ilə keçirilən onlayn məşğələdə dərnək rəhbəri Mehdi Məmmədov məlumat tipləri və bağlantıları barədə dərnək üzvlərinə ətraflı məlumat verdikdən sonra şagirdlərin biliklərini yoxlamaq məqsədilə onlara suallar verib. Məşğələ zamanı dərnək üzvləri sualları cavablandırmaq üçün aktivlik göstəriblər.
Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinə Heydər Əliyev muzeyinə onlayn ekskursiya təşkil olunub. Ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü iştirak edib.