Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrların nəzərinə!

Abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində onlayn məşğələlərin keçirilməsi davam edir

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində yay tətili müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər keçirilir. nöbəti belə tədbirlərdən biri də bu gün mərkəzin dərnək üzvlərilə keçirilən “Vaxt bölgüsündə nəyə diqqət etməliyik” mövzusunda müzakirə olub. Müzakirə mərkəzin təşkilati şöbə müdiri Lalə Əliyeva tərəfindən aparılıb. Dərnək üzvlərinə vaxtın düzgün bölünməsində nəyə diqqət etmək lazım olduğu haqqında geniş məlumat verən dərnək rəhbəri qeyd edib ki, əgər vaxtımızı düzgün qrafik və rejimlə bölsək məqsəd və arzularımıza daha asan, vaxtında çatar, dərslərimizi oxumaqla yanaşı istirahətə də zaman ayıra bilərik.

Ardını oxu...

Kəngərli və Lənkəran məktəbliləri arasında şahmat üzrə yoldaşlıq görüşü keçiriləcək

27 avqust 2020-ci il tarixdə Kəngərli ​ Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsinin, Kəngərli rayon Şahmat məktəbinin  və Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmatçı idmançılar arasında www.lichess.org saytı vasitəsi ilə yoldaşlıq görüşü keçiriləcəkdir.

Ardını oxu...

Naxçıvanda müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən test imtahanları başa çatıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib ki, 17-22 avqust tarixlərində Test mərkəzində keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verən  101 nəfərdən 88-i test imtahanında iştirak edib və 84 müəllim keçid balını toplayıb.

Ardını oxu...

Ümumtəhsil məktəblərində şahmatı tədris edən gənc müəllimlər arasında muxtar respublika birinciliyi keçirilib

Muxtar respublikada şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Muxtar respublika ümumtəhsil məktəblərində yaradılan şəraitdən səmərəli istifadə, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması daim diqqətdə saxlanılmış, ötən müddət ərzində şahmat fənnini tədris edən müəllimlərin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sertifikasiyalarda uğurlu nəticə göstərən 487 müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat verilmişdir.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg