Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin asudə vaxtları səmərəli təşkil olunur

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının möhkəmləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması istiqamətində tədbirlər həyata keçirilir, müxtəlif dərnəklərdə nümunəvi və onlayn məşğələlər təşkil edilir.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Dekorativ tətbiqi sənət dərnəyinin rəhbəri və üzvləri Naxçıvan Televiziyasında yayımlanan “Uşaqların maraq dairəsi” verilişində qonaq olublar

Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Uşaqların maraq dairəsi” verilişinin 19 avqust 2020-ci il tarixdə yayımlanan buraxılışının qonaqları Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Dekorativ tətbiqi sənət dərnəyinin rəhbəri Səkinə Qarayeva, dərnək üzvləri Sara İsmayılova və Gülçin Hüseynova olmuşdur.

Ardını oxu...

Babək rayon məktəbliləri arasında stolüstü tenis üzrə birincilik keçirilib

21 avqust 2020-ci il tarixdə Babək şəhər 1nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tenis üzrə rayon birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında tenis idman növünün kütləviliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək və şagirdləri fəal idman həyatına cəlb edilməsidir. Olimpiya sistemi üzrə şəxsi birincilik əsasında keçirilən görüşlərdə Babək şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri İlkin Süleymanlı I, Yaqub Abdullayev II, Fərid Məmmədli isə III yerə layiq görülüb.

Ardını oxu...

“Azərbaycanın folklor janrları” mövzusunda onlayn məşğələ keçirilib

21 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Azərbaycanın folklor janrları” mövzusunda onlayn məşğələ keçirilib. Dərsin keçirilməsində məqsəd şagirdlərin biliklərinin möhkəmləndirilməsi, onlarda dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət idi.

Ardını oxu...

Culfa rayonunda “Yay məktəbi” adı altında tədbirlər davam edir

Bu gün Əbrəqunus kənd tam orta məkltəbinin həyətində Culfa Rayon Uşaq Gənclər İdman Məktəbinin dərnək üzvülərinə “Voleybol topunun yuxarıda çilənməsi və bir-birinə ötürülməsi” mövzusunda məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd məktəblilər arasında voleybol idman növünün kütləviliyinə nail olunması, gənc nəslin idmana olan marağının artırılması və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olub. Məşğələ zamanı məşqçi-müəllim Afrəddin Cəfərov mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verərək onlara praktiki göstərişlər vermişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg