Ekoloji Tərbiyə Mərkəzində onlayn məşğələ keçirilib

Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində dərnək üzvləri və dərnək rəhbərlərinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının flora və faunası” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələni mərkəzin dərnək rəhbəri Süsən Əliyeva tədris edib.

Ardını oxu...

Ordubad rayonunda məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə tədbirlər keçirilir

Bu gün Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin  birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qızlardan ibarət basketbol komandaları arasında rayon birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd şagirdlərin yay tətili ərzində asudə vaxtlarını səmərəli təşkil etmək və məktəblilər arasında basketbol idman növünü inkişaf etdirməkdən ibarət olub.

Ardını oxu...

Naxçıvanda müəllimlər üçün test imtahanlarının keçirilməsinə başlanılıb

Bu gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına start verilib.

Ardını oxu...

II, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə ərizə verən xarici dil və ya bölməsini dəyişənlər üçün 21 avqustda keçiriləcək əlavə imtahanda iştirak edəcək şəxslərin nəzərinə!

Məlum olduğu kimi, 21 avqust 2020-ci il tarixində II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə sənəd verən abituriyentlər üçün Naxçıvan Muxtar Respublikasında:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

Ardını oxu...

“Naxçıvanın turizm imkanları və turistlik istirahət bölgələri” mövzusunda onlayn məşğələ keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində “Naxçıvanın turizm imkanları və turistlik istirahət bölgələri” mövzusunda onlayn məşğələ keçirilib. Məşğələnin keçirilməsində məqsəd şagirdlərin biliklərinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg