Bu gün Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının rayon bölməsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Voleybol idman növü üzrə Sədərək kənd 1 nömrəli tam orta məktəbin və Qaraağac kənd tam orta məktəbin voleybol komandaları arasında rayon birinciliyi keçirilib. Qaraağac kənd tam orta məktəbin voleybol meydançasında keçirilən birincilikdə rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının rayon bölməsinin, Uşaq Gənclər İdman Məktəbinin əməkdaşları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Bu gün muxtar respublikada Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanları keçirilib. Bu gün, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə kompüter dərnəyi üzrə “Elektron poçt” mövzusunda onlayn məşğələ keçirilib.