Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Rayon bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şahmat üzrə tempo birinciliyi keçirilib.
Sədərək Rayon Şahmat Məktəbində keçirilən birincilikdə ümumtəhsil məktəblərinin qız və oğlan şagirdləri iştarak edib.
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi xüsusi yer tutur. Torpaq və su ehtiyatlarından səmərəli istifadə, yeni hidrotexniki qurğuların və mütərəqqi suvarma şəbəkələrinin qurulması əkinçilik üçün geniş imkanlar açıb. Muxtar respublikada hər il meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır, maddi-texniki baza gücləndirilir.
İslamşünaslıq ixtisasına qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 31 avqust -2 sentyabr tarixlərində DİM-in saytında Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə bilərlər.
27 avqust 2020-ci il tarixdə Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında “Zərərli vərdişlərə yox deyək” devizi altında futbol üzrə yarış keçirilib.