Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər məktəbliləri arasında Əyləncəli idman oyunlarının Naxçıvan şəhər birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən oyunların əsas məqsədi bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarədir.
Bu gün Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində “15 Sentyabr-Bilik Günü” münasibətilə oğlanlar və qızlar arasında şahmat yarışı keçilmişdir.
Bu gündən etibarən Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində ümumi və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə və ali məktəblərə sənəd verərək qəbul imtahanlarında müvafiq keçid balını toplamış və ixtisas seçimində iştirak etmək hüququ qazanmış abituriyentlərin valideynlərinin iştirakı ilə “Özülü düzgün atılmış “bu gün” gələcəyin qarantıdır” mövzusunda maarifləndirici söhbətlər aparılır.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Çay daşları üzərində təsvir” adı altında virtual rəsm müsabiqəsi təşkil edilib.
Hazırda ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılır.