“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib

“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Qərara əsasən ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi tam orta təhsil haqqında fərqlənmə attestatının verilməsi və onların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi orta təhsil səviyyəsində isə nümunəvi davranışı ilə fərqlənənlərin namizədliyi ümumi təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün təqdim edilir.

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə avqustun 14-də, II və III ixtisas qrupları üzrə isə avqustun 21-də keçirilmiş əlavə xarici dil (bölmə) imtahanlarının nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı verən, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün I və IV ixtisas qrupları üzrə avqustun 14-də, II və III ixtisas qrupları üzrə isə avqustun 21-də keçirilmiş əlavə imtahanların (Azərbaycan və ya rus dili) nəticələri elan edilib.

Ardını oxu...

Naxçıvanda ənənəvi məktəbli yarmarkalarına start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Ardını oxu...

Muxtar respublikada müəllimlərin işə qəbulu üçün test imtahanları başlayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Ardını oxu...

Sədərək və İzmir məktəbliləri arasında şahmat üzrə yoldaşlıq görüşü keçiriləcək

Sədərək Rayonunun yaradılmasının 30 iliyi və Qardaş Türkiyənin Zəfər Bayramı münasibəti ilə Türkiyənin İzmir Şəhər Deha Satranç Spor Kulübü ilə Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Uşaq-Gənclər​ Şahmat Məktəbinin şahmatçıları arasında yoldaşlıq görüşü keçiriləcək.

Sədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, İzmir Deha Satranç Kulübü və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən elan olunmuş yoldaşlıq oyunu​ www.lichess.org​ saytında sentyabrın​ 4-də saat 17:00-da keçiriləcək.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg