Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi başlayıb!

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi sentyabrın 3-dən 13-dək internet vasitəsilə həyata keçirilir.

İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ardını oxu...

Culfa və Hatay şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib

Yay tətili dövründə uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, şahmatçılar arasında dostluq əlaqələrini inkişaf etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə Türkiyənin Hatay Şah Şahmat klubu arasında yoldaşlıq görüşü keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi, Culfa Rayon Uşaq-Gənclər Şahmat məktəbi və  Hatay Şah Şahmat klubunun birgə təşkilatçılığı ilə Lichess.org saytında onlayn qaydada baş tutub. Yarışda 62 şahmatçı iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib

Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın xilasının əsasını qoymuşdur. Dahi şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi tədbirlər ölkəmizin bugünkü inkişaf və tərəqqisinə hesablanmışdır. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Son 25 ildə Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturu müasir tələblər səviyyəsində qurulmuş, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş və su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırmışdır. Nəticədə vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuşdur.

Ardını oxu...

Bu günün gəncləri sabahın qurucularıdır

Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu gün gələcəyimiz olan yeniyetmələrin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biridir. Məktəbi bitirib müstəqil həyata, öz taleyini müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyan hər bir yeniyetmənin fəal və cəsarətli olmaq, əldə etdiyi bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq hədəfidir. Bunun üçün hər bir məktəbi bitirən gənc seçəcəyi peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalıdır.

Ardını oxu...

Gələcəyə parlayan ulduz – istedadlı məktəbli Suay Qasımlı

Qasımlı Suay Ramiz qızı - 30 yanvar 2007-ci ildə Naxçıvan şəhərində doğulub. 2012-ci ildə Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin birinci sinfə daxil olub. Hazırda həmin məktəbin IX sinfində təhsil alır. Suay sinif yoldaşlarından bir yaş kiçik olmasına baxmayaraq zehni inkişafı ilə onlardan geri qalmır. O, dərs əlaçısıdır və demək olar ki, məktəbdəki nümunəvi davranışına və məktəbdə təşkil edilən tədbirlərdə aktiv iştirakına görə hər tədris ilinin sonunda diplom, fəxri fərman və tərifnamələrlə təltif olunur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg