Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Naxçıvan Dövlət Tarix Muzeyinə onlayn ekskursiyası təşkil olunub. Ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü iştirak edib.
Muxtar respublikada təhsilin bütün pillələri dövlət qayğısı ilə əhatə olunmuş, müasir tələblərə cavab verən infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğının nəticəsində informasiya texnologiyalarının təhsilə tətbiqi diqqətdə saxlanılmış, təhsil müəssisələri 5500-dən çox internetə çıxışı olan kompüter, 600-dən çox elektron lövhə ilə təchiz edilmişdir. Bu sahədə həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuş, bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanları təmin edilmişdir.
Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında
28 avqust 2020-ci il tarixində Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri və İdman məktəbinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.