Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb.
III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 4-8 sentyabr 2020-ci il tarixlərində
Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər Texniki peşə və sürücülük məktəbinin idman meydançasında Ordubad şəhər 1 saylı və İnternat tam orta məktəblərinin qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Maraqlı keçən oyun 3:1 hesabla Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə yekunlaşıb.
Sentyabrın 4-də Şərur rayon Təhsil Şöbəsi və Şərur Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında mini futbol üzrə rayon birinciliyi keçirilib.