Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Şahmat Məktəbində “20 İyul - Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, şahmat oyununu daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən idi.