Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir... Ancaq təbiət, ətraf mühit - bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq”.
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün subbakalavrların ərizə qəbulunun vaxtı uzadılıb.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasətinin prioritetlərindən biri də istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik olaraq yönləndirilməsidir. Muxtar respublikamızda da bu istiqamətdə davamlı olaraq islahatlar aparılır, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi yönündə bir çox tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti şagirdlərin istedadlarının üzə çıxarılmasına və milli-mənəvi dəyərlərimizə bağlı bir nəsil yetişməsinə öz töhfəsini verir.
Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən Şöbənin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və müəllimlərin iştirakı ilə “Müəllimlərin pedaqoji bacarıqlarının artırılması” layihəsinin onlayn təqdimatı keçirilib.