Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.
İyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb.
İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binası istifadəyə verilib.
Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.
Muxtar respublikada imtahanlar saat 11:00-da başlanacaq.
Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərlə onlayn seminar keçirilib. Seminarda Təhsil şöbəsinin əməkdaşları və 14 nəzarətçi müəllim iştirak edib.