Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanmışdır. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir.\
Muxtar respublikada təhsilin inkişafı və tədrisin müasirləşdirilməsi xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilmiş, 200-dən çox müasir standartlara cavab verən təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərində yaradılan şərait tədrisin səviyyəsini yüksəltmiş şagird və müəllim fəallığını artırmış, müxtəlif səpkili müsabiqələrdə iştiraka geniş imkanlar açmışdır.
Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk, gürcü və Qərbi Avropa mənbələrində kifayət qədər məlumatlara təsadüf edilir. Lakin qalanın salınma tarixi dəqiq müəyyənləşdirilməmişdir. Azərbaycan xalqının həyatını, məişətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan “Kitabi-Dədə Qorqud” dastanında da “Əlincə” sözü işlədilir. Dastandakı “Uşun qoca oğlu Səgrək boyu”nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Səgrəyin onu xilas etməsi göstərilir. “Əlincə” sözü “Kitabi-Dədə Qorqud” dastanında həm də qala kimi xatırlanır.
Ümummilli liderimiz Heydər Əliyev deyib:
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Ordubad Rayon bölməsi, Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Şahmat Məktəbində “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.