Muxtar respublikada buraxılış imtahanlarının nəzarətçi müəllimləri ilə seminar keçirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin birgə təşkilatçılığı ilə yaxın günlərdə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlərlə maarifləndirici seminarlara start verilib. Pandemiya ilə əlaqədar olaraq bu il ötən illərdən fərqli olaraq seminarlar Təhsil Nazirliyində videobağlantı formatda təşkil edilir.

Ardını oxu...

Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub

İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib.

Ardını oxu...

Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı keçirilib

Bu gün Culfa Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər Şahmat İdman Məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” mübasibəti ilə şahmat yarışı keçirilib.

Ardını oxu...

Qəbul imtahanlarına hazırlaşan muxtar respublika abituriyentlərinin nəzərinə!

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Ardını oxu...

Sədərək rayon Şahmat məktəbində yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib

23 iyun 2020-ci il tarixdə Sədərək rayon Şahmat məktəbində Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyasının  Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “26 İyun-Azərbaycanın Silahlı Qüvvələri Günü” münasibətilə yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg