Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində “15 iyun-Milli Qurtuluş günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.
Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in youtube kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib.
Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub.
Naxçıvan qəhrəmanlar, dahilər diyarıdır deyiblər. Buna tarixin bütün səhifələrində rast gəlmək olar.
Muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğının sayəsində Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Muğanlı, Muğancıq Mehrab, Yeni Havuş, Xələc kənd tam orta, Babək rayon Kültəpə kənd tam orta, Gülşənabad kənd ümumi orta, Ordubad rayon Vənənd, Şahbuz rayon Türkeş, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin yeni binaları istifadəyə verilmişdir.