Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər Şahmat Məktəbi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə 12 yaşadək məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Culfa Rayon Təhsil Şöbəsi və Turist-Diyarşünaslıq Mərkəzinin birgə təşkilatçdığı ilə Mərkəzin dərnək üzvlərinin Gülüstan türbəsinə virtual ekskursiyası təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Muxtar Respublika Stadionunda “26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri arasında kross qaçışı üzrə şəhər birinciliyi keçirilib.
İyulun 3-də keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şəxslər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.