Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Hər birimiz Vətən dedik” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən şagirdlər iştirak edib.
Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli vətənpərvər kimi yetişmələrinə ən layiqli töhvəsini verməkdədir.
Şahbuz Rayon Təhsil Şöbəsi və Şahbuz Rayon Uşaq-gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında futbol yarışı keçirilib. Yarışda əvvəl Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov idmanın sağlamlıq üçün oynadığı roldan və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsində əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin abituriyentlərinin iştirakı ilə “Buraxılış və blok imtahanlarında olan dəyişikliklər və yeniliklər” mövzusunda onlayn maarifləndirici seminar keçirilib.
Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanının nəticələri açıqlanıb.