Azərbaycan tarix boyu yetişdirdiyi qəhrəmanlarla hər zaman tanınıb. İgid qəhrəman, cəsur mərd təxəllüslərini öz əməlləri ilə əks etdirən, tariximizdə iz qoyan Babək, Cavanşir, Koroğlu, Cavadxan, Həzi Aslanov, Mehdi Hüseynzadə və bir çoxları öz hünərlərilə tarixə düşmüşdülər. Belə qəhrəmanları tariximizin bütün səhifələrində görə bilərik. Dövlət yarandığı bir dövrdən məhz qəhrəmanlıq silsiləsi ilə üzləşmişik. Məhz buna görə də “Qəhrəmanlıq”, “Mərdlik”, “Cəsarətlik” xalqıma ən çox yaraşan xüsusiyyətlərdir. Xalqımızın vətənə, torpağa olan sevgisi, məhəbbəti, bağlılığı ta qədim dövrlərdən olan xüsusiyyətidir. Bu amal bizə məhz o dövrlərdən gələn bir mirasdır. Bu mirası gözbəbəyimiz kimi qoruyub nəsildən-nəslə ötürməkdəyik.
17 iyul 2020-ci il tarixdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin süni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mərkəzin tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Mərkəzin dərnək rəhbərləri və dərnək üzvləri arasına “Zərərli vərdişlərdən necə qorunmalı?” mövzusunda keçirilən onlayn maarifləndirici müzakirədir.
Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzininin birgə təşkilatçılığı ilə “Evdə qal, istedadını göstər” adlı onlayn müsabiqənin qalibləri müəyyənləşib.
Bu doğma torpağa, bu məmləkətə,