Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində onlayn pedaqoji şura iclası keçirilib.
İclasda rayon Təhsil Şöbəsinin müdiri, əməkdaşları, sinif rəhbərləri və məkəb rəhbərləri iştirak edib. İclasda çıxış edən Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin direktoru Qurban Qasımov şuranın gündəliyində duran məsələləri diqqətə çatdırıb, 2019-2020-ci tədris ilinin yekunu və qarşıda duran vəzifələr haqqında iclas iştirakçılarına məlumat verib.
Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Naxçıvan tarixi” mövzusunda onlayn bilik yarışması keçirilib. Yarışmada 14 məktəbin şagirdləri iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Maliyyə Nazirliklərinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti videotəlim keçirilib.
Bu gün Naxçıvan Müəllimlər İnstitutun Dillər və ədəbiyyat kafedrasının professor-müəllim heyəti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin 30 Azərbaycan dili və ədəbiyyatı müəlliminin iştirak etdiyi onlayn dəyirmi masa keçirildi.
9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq.