Bu gün Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə pandemiya ilə əlaqədar təxirə salınmış Respublika fənn olimpiadasının respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, tarix, kimya, informatika və biologiya fənləri üzrə final turu keçirilib. Olimpiadada bütün fənlər üzrə şagirdlərə sualları cavablandırmaq üçün 4 saat vaxt verilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Şərur Rayon Təhsil şöbəsinin təşkilatçılığı əsasında rayon ümumtəhsil məktəblərinin direktorları ilə 2019-2020-ci tədris ilində ümumi təhsil pilləsi üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsinin aparılması haqqında onlayn iclas keçirilib.
Bu gün Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirin əsas məqsədi Milli Qurtuluş Gününün önəmini şagirdlərə izah etmək və Ulu öndərin Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısındakı böyük xidmətlərini bir daha xatırlatmaqdan ibarət idi.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “HEYDƏR ƏLİYEV: Naxçıvandan başlanılmış qurtuluş mübarizəsi” mövzusunda onlayn tədbir keçirilib.