09 iyun 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluş hərəkatı” mövzusunda onlayn açıq dərs keçirilib.
Açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin tarix müəllimləri və IX-XI sinif şagirdləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixidir. “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, - deyən ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə kompleks islahatların həyata keçirilməsinə səbəb olubdur. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsi yüksək inkişaf göstəriciləri – sabitlik, rifah və insan amilinə verilən dəyərlə xarakterizə olunur. Öz sahələrində fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır.
Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.
Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş növbəti tədbir keçirilib.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.