Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə onlayn tədbir keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova tədbiri açaraq “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Ümummilli lider müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda oğlanlarla bərabər qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.
Bu gün Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Heydər Əliyev adına Hərbi Liseyin sonuncu kursunda təhsil alan kursantlar üçün buraxılış imtahanı keçirilib. 1 mərhələdə keçirilən imtahanda liseyin 188 kursantı iştirak edib. Kursantlar binaya daxil olarkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında bəyannaməni təqdim ediblər.
Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn şeir müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri, məktəb direktorları, ümumtəhsil məktəblərinin şagirdləri və dərnək üzvləri iştirak edib.