Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları başlayıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən mövcud vəziyyətlə əlaqədar “Evdə Qal Şahmat Oyna” şüarı altında bir sıra şahmat yarış və tədbirləri həyata keçirilir. Bu dövr ərzində şahmatçıların bacarıqlarını daha da zənginləşdirilməsi məqsədilə Federasiyanın “Youtube” kanalı yaradılmış və müəllimlər tərəfindən dərslər mütəmadi olaraq tədris edilmiş, şahmatçılarımızın inkişafı daim diqqətdə saxlanılmışdır.
Muxtar respublikada ixtisaslı kadr hazırlığı təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirmişdir.
Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin direktorları, sinifdənkənar və məktəbdənkənar işlər üzrə direktor müavinləri və kitabxanaçıları arasında onlayn iclas keçirilib. İclasda çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov bildirib ki, 14 iyun tarixindən başlayaraq ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin kitablarının yığılmasına start verilsin.
Şahbuz rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Qurban Səidin “Əli və Nino”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” əsərlərinə aid onlayn bilik yarışması keçirilib. Bilik yarışmasında 16 məktəbin şagirdi iştirak edib. Şagirdlərə kitablara aid suallar təqdim olunub.