Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.
Qeyd edək ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (“Şəxsi kabinet”” olmayanlar) sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, bu gün saat 23.59-dək "Abituriyentin elektron ərizəsi" formasını doldurub və təsdiq etməlidirlər.
Rus bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 8 iyun 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Azərbaycan bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 8 iyun 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və dərnək üzvüləri arasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar onlayn rəsm müsabiqəsi keçirilib.
4 il bundan öncə imtahan həyəcanı ilə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər bu il artıq ali təhsillərini başa vururlar. Məzun olan hər bir gənc artıq yeni işə qəbul imtahanlarına hazırlaşır. Muxtar respublikada gənclərin işlə təminatı daim diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına dəstək məqsədilə onlayn seminar keçirib.