Şagirdin şəxsiyyət kimi formalaşmasında məktəbin rolu

Şəxsiyyətin formalaşmasında bildiyimiz kimi, üç mühüm amil: irsiyyət, mühit və tərbiyə əsas rol oynayır.  Təbii ki, irsiyyət və tərbiyə, eləcə də mühit və tərbiyə amillərinə yanaşı üstünlük verən pedaqoq və psixoloqlar da olmuşdur. Biz burada əsasən məktəbdə şagirdin şəxsiyyət kimi formalaşmasında tərbiyənin rolunu işıqlandırmağa cəhd edəcəyik. Ünsiyyət hər hansı fəaliyyətə nüfuz etdiyi üçün, əxlaqi əlamət isə şəxsiyyətə mənsub olduğundan, o həmişə hər yerdə: təlimdə, əməkdə, idmanda, oyunda ünsiyyəti müşayiət edir. Şagird yoldaşı ilə birlikdə dərslərini hazırlayır, oxuyur, lakin bununla yanaşı, yoldaşına kömək göstərir və onun fəaliyyət motivləri yalnız idraki deyil, həm də əxlaqidir.

Ardını oxu...

“Əli və Nino” əsərinin müzakirəsi keçirilib

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitablar” silsiləsindən yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin müzakirəsi keçirilmişdir. Müzakirədə VII-X siniflərdən 18 şagird və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir.

İlk olaraq məktəbin direktoru İlahə Fərəcova çıxış edərək bildirmişdir ki, “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən “Əli və Nino” azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi geniş şöhrət qazanmışdır.

Ardını oxu...

Bakı şəhərində peşə təhsili ilə bağlı təşkil olunmuş seminarda muxtar respublikadan olan nümayəndələr iştirak etmişdir

28-29 noyabr 2019-cu il tarixlərdə Bakı şəhərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda təhsil və təlimlə bağlı inkişaf prosesləri: Aİ-nin "Təhsilə yardım proqramı"nın icrası, o cümlədən 2018-2020-ci illərin Turin Prosesinin nəticələrinin təqdim olunması və paylanması ilə bağlı təcrübələrin paylaşılması" adlı seminar keçirilmişdir.

Ardını oxu...

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə kitab müzakirəsi keçirilmişdi

Culfa şəhər 2 nömrəli tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə həyat və yaradıcılığı, əsərləri haqqında kitab müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Abuzərov Ramazan vurğulamışdır ki, Azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi, dahi şəxsiyyəti, Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist Mirzə Cəlil Məmmədquluzadə görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Cəlil Məmmədquluzadə görkəmli və tanınmış ictimai xadim kimi Azərbaycan xalqının və ədəbiyyatının milli mənəvi iftixarıdır.

Ardını oxu...

Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 

Culfa rayonunun Dizə kənd tam orta məktəbinin kitabxanasında böyük filosof şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Dilbər Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunur və ölkə başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilib. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi fikrin özülünü qoyub, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirib.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg