Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində riyaziyyat dərslərində fəal təlim metodları və üsullarının reallaşdırılması yolları” mövzusunda seminar keçirilmişdir

 

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin bir qrup riyaziyyat müəllimlərinin iştirakı ilə “Ümumtəhsil məktəblərində riyaziyyat dərslərində fəal təlim metodları və üsullarının reallaşdırılması yolları” mövzusunda növbəti seminar keçirilmişdir. 

Seminarı giriş sözü ilə İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov açaraq, seminarın məqsədini açıqlayıb qeyd etmişdir ki, müasir təhsil kurikulumlarının istiqamətlərindən biri tədris prosesində fəal təlim metodlarının tətbiqidir.

Ardını oxu...

“Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir

29 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar haqqında məlumat vermişdir.

Ardını oxu...

Culfa məktəbliləri birinciliyin qalibi olub

Məktəblilər arasında voleybol üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi birincilikdə oğlan və qız komandalar mübarizə aparıb. Yarış Gənclər və İdman, Təhsil Nazirlikləri və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. 

Qızlar arasındakı final qarşılaşmasında Şərur və Culfa komandaları qarşılaşıb. Hər iki setdə üstün olan culfalılar yarışın qalibi olublar.

Ardını oxu...

İntellektul bilik yarışması keçirilmişdir

 

Sədərək rayon Sədərək  kənd  2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş intellektul bilik yarışması keçirilmişdir. Yarışda Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov çıxış ederək vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən muxtar respublikamızın hər yerində olduğu kimi Sədərək rayon  ümumtəhsi məktəblərində də 2019-cu il ərzində müxtəlif tədbirlər keçirilmişdir.

Ardını oxu...

Qaraağac kənd tam orta məktəbində Şahmat yarışı keçirilmişdir

Sədərək rayon Qaraağac kənd tam orta məktəbində 29 noyabr 2019-cu il tarixində "Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi" ilə əlaqədar olaraq  VIII-XI sinif şagirdləri arasında məktəbdaxili "Şahmat" yarışı keçirilmişdir.

Yarışıda çıxış  edən məktəbin direktoru Ayaz Əliyev  "Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi" ilə əlaqədar şagirdlərə ətraflı məlumat verərək şagirdlərə uğurlar arzulamışdır.  Maraqlı keçən yarışın  sonunda  I yerə VIII sinif şagirdi Mehdiyev Nurlan Əli oğlu, II yerə XI sinif şagirdi Əliyev İsmayıl Vaqif oğlu və III yerə isə X sinif şagirdi İbrahimli Tərlan Asəf qızı layiq görülmüşlər.

Qaliblər məktəb rəhbərliyi tərəfindən "Diplom" və "Fəxri Fərmnla" mükafatlandırıldı

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg