Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.
Yeni məktəbdə müasir tədris şəraiti yaradılıb
Dekabrın 9-da Xələc kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.