Fizika fənnindən “Məsələ həllinin əyani tətbiqi” mövzusunda dərs keçirilmişdir

 

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 04 dekabr 2019-cu il tarixdə məktəbin Fizika müəllimi Mustafayeva Zamilə Məhərrəm qızı tərəfindən Fizika laboratoriyasında məktəbin VIIb sinif şagirdlərinə “Məsələ həllinin əyani tətbiqi” mövzusunda təcrübələr əsasında dərs keçirilmişdir. Dərsin təcrübələr əsasında keçirilməsi təbiətdə baş verən hadisələrin mahiyyətini şagirdlər tərəfindən şərh edilməsinə, onlardan həyati məqsədlər üçün istifadə edilməsinə, şagirdlərin tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin şairləri görüşü keçirilmişdir

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin şairləri ilə məktəbin müəllim və şagird kollektivinin birgə görüşü keçirilmişdir. Görüşdə giriş sözünü məktəbin direktoru Aynur Mustafayeva və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarlı açmışdı.  Çıxşlarda qeyd olunmuşdur ki, görüşün keçrilməsində məqsəd xüsusi istedada malik olan şagirdlərin istedadların aşkara çıxarılmasına nail olmaq, məktəb kitabxanalarında müəllim və şagirdlərin mütaliəsinin inkişaf etdirilməsi, keçirilən kitab müzakirələrinin təhlilinin aparılması. Həmçinin tarixi keçmişimizlə, milli dəyərlərimizlə bağlı ədəbiyyatların gənc nəslə çatdırılması onlarda mütaliə mədəniyyətinin artırılması qeyd olunmuşdur.

Ardını oxu...

Heydərabad qəsəbə tam orta məktəbində tədbir keçirilmişdir

dərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə  əsasən Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin  ədəbiyyat müəllimləri, eləcə də 7- 11 sinif şagirdləri iştirak etmişdir.

Ardını oxu...

“Naxçıvan -95” mövzusunda tədbir keçirilmişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif  Talıbovun 21 yanvar 2019-cu il tarixli 322-05/S №-li  sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr  olunmuş Tədbirlər Planına” uyğun olaraq Sədərək rayon Qaraağac kənd tam orta məktəbində 04 dekabr 2019-cu il tarixində  məktəbin  şagirdləri və müəllim kollektivinin   iştirakı  ilə “Naxçıvan -95” mövzusunda tədbir  keçirilmişdir.

Ardını oxu...

Culfa şəhər 3 nömrəli tam orta məktəbində "Cəlil Məmmədquluzadənin 150 illik yubleyi" nə həsr edilmiş tədbir keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ədib "Cəlil Məmmədquluzadənin 150 illik yubleyinin keçrilməsi haqqında" 17 yanvar 2019-cu il tarixli sərəncamı qədirbilən xalqımız tərəfindən rəğbətlə qarşılanmışdı.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həmin sərəncama əsasən təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında bütün ümumtəhsil məktəblərində olduğu kimi Culfa şəhər 3 nömrəli tam orta məktəbindədə 4 dekabr 2019 - cu il tarixində "Cəlil Məmmədquluzadənin 150 illik yubleyi" yüksək səviyyədə qeyd olunub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg