“Naxçıvan memarlıq abidələri və müasir tikililər” mövzusunda təlim keçirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan Memarlıq-dizayn dərnəyinə  üzv qəbul olunan şagirdlərə Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi tərəfindən “Naxçıvan memarlıq abidələri və müasir tikililər” mövzusunda təlimin keçirildi.

Ardını oxu...

"Oxunması zəruri olan kitablar"la bağlı viktorina keçirildi

 

28 noyabr 2019 -cu il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbində 9-11 sinif şagirdləri arasında "Oxunması zəruri olan kitablar"la bağlı viktorina keçrildi. Viktorinanı keçirməkdə məqsəd şagirdlərdə "Oxunması zəruri olan kitablar"a marağı artırmaqdan ibarət idi. Şagirdlər öz qabiliyyətlərini-əzmkarlıqla, mübariz şəkildə göstərdilər. I yerə məktəbin Xa sinfi, II yerə məktəbin IXb sinfi, III yerə məktəbin IXa sinfi layiq görülmüşlər.

Sonda qaliblər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Qarabağlar Türbə Kompleksini ziyarət edib

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar Türbə Kompleksini ziyarət edib.

Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasındakı zəngin maddi mədəniyyət nümunələri və abidələri arasında Qarabağlar Türbə Kompleksi xüsusi yerə malikdir. Naxçıvanın digər tarixi abidələri kimi, Qarabağlar türbəsi də onu tamaşa etməyə gələnləri yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizlikləri ilə heyran edir. Bildirilib ki, qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarət kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində riyaziyyat dərslərində fəal təlim metodları və üsullarının reallaşdırılması yolları” mövzusunda seminar keçirilmişdir

 

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin bir qrup riyaziyyat müəllimlərinin iştirakı ilə “Ümumtəhsil məktəblərində riyaziyyat dərslərində fəal təlim metodları və üsullarının reallaşdırılması yolları” mövzusunda növbəti seminar keçirilmişdir. 

Seminarı giriş sözü ilə İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov açaraq, seminarın məqsədini açıqlayıb qeyd etmişdir ki, müasir təhsil kurikulumlarının istiqamətlərindən biri tədris prosesində fəal təlim metodlarının tətbiqidir.

Ardını oxu...

“Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir

29 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar haqqında məlumat vermişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg