Naxçıvan Dövlət Universitetinin kollektivi internat məktəbinin şagirdləri ilə görüşüblər

Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbələri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olublar. Məktəbin dərs hissə müdiri Mehman Vəlibəyov bildirib ki, məktəbdə 20  uşaq təhsil və tərbiyə alır. Bunlardan 4 nəfəri hər iki valideynini itirən şagirdlərdir. Məktəbdə şagirdlərin  yüksək təhsil almaları üçün rahat şərait yaradılıb. Tələbələr şagirdlərlə ünsiyyətdə olub, onları oxumağa həvəsləndirən maairfləndirmə söhbətləri aparıblar. Şagirdlərlə maraqlı oyunlar, intellektual yarışlar da keçirilib.

Tələbələr məktəbliləri müxtəlif hədiyyələrlə də sevindiriblər.

Kəngərli və Şərur rayon şahmatçıları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş tempo turniri keçirilib

28 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş tempo turniri keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində müəllim və tələbələrlə görüş keçirilmişdir

Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək Kollecin keçdiyi 94 illik ömür yolundan bəhs etmiş və Naxçıvan Dövlət Texniki Kollecində təhsilin sürətlə inkişaf etdiyini, öz uğurları ilə daim diqqət mərkəzində olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, 2016-cı ildə Kollec Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi diqqət və qayğının nəticəsində son texnologiyalarla təchiz olunmuş yeni 5 mərtəbəli bina ilə təmin edilmişdir.

Ardını oxu...

Qıvraq qəsəbə tam orta məktəbində “Cəlil Məmmədquluzadənin 150 illik yubleyi” münasibətilə tədbir keçirilib

 

27 noyabr 2019-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində “Cəlil Məmmədquluzadənin 150 illik yubleyi” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahmud Cavadov qeyd edib ki, Mirzə Cəlil yaradıcılığı Azərbaycan ədəbiyyatında əvəzolunmaz və təkrarolunmaz bir irsdir. Mirzə Cəlil vətən sevgisində doğulmuş bir qəhrəmandır. Bu sevgi onu o qədər ucalara qaldırmışdı ki, o zirvədən hər şeyi olduğu kimi görmüş, eybəcərlikləri ustalıqla qələmə almış, ifşa edə bilmişdir.

Ardını oxu...

Naxçıvan Qarnizonu tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı tədbir keçirilibdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Sonra tədbiri Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov yoldaş açdı. Natiq Əhmədov çıxışında böyük yazıçının dərin humanist məzmuna malik dramı və nəsr əsərləri, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg