Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbüssü və Hərbi Liseyin rəhbərliyinin birgə razılığı ilə cari 2019-2020-ci tədris ilində muxtar respublikanın şəhər və rayon təhsil şöbələrinin tabeliyində olan ümumtəhsil məktəblərindən təhsillərini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəyən IX sinif şagirdlərinin 22 noyabr 2019-cu il tarixindən Hərbi Liseylə tanışlıq məqsədi ilə “Açıq qapı” çərçivəsində ekskursiyaları həyata keçirilmişdir.
Bu işin davamı olaraq 22-29 noyabrda Naxçıvan şəhər (128 şagird 19 hərbi rəhbər), 29 noyabrda Şərur rayon (100 şagird 6 hərbi rəhbər) şagirdlərinin Hərbi Liseyə ekskursiları həyata keçirilmişdir.
Qeyd edək ki, dekabr ayının 20-dək zabit olmaq istəyən şagirdlərin liseyə ekskursiyaları davam edəcək.