Məktəblərdə payız tətili başlayır

 

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2020-ci il tarixlərində olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçiriləcək

Beynəlxalq Riyaziyyat Olimpiadası Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən təşkil olunur  və dünyanın 70-dən çox ölkəsində keçirilir.  Azərbaycanda isə bu olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilir.

VII, VIII və IX sinif şagirdləri üçün keçirilən olimpiadada Heydər Əliyev adına tam orta məktəbdən 8, Naxçıvan Qızlar Liseyindən 10, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydən 15, Naxçıvan Qarnizonu tam orta məktəbindən 6, Naxçıvan Şəhər ümumtəhsil məktəblərindən 100 olmaqla, ümumilikdə 139 nəfər iştirak edəcək. Bunlardan 45-i VII, 50-si VIII, 44-ü isə IX sinif şagidləridir. Olimpiada iştirakçıları test formatında 25 sualı 60 dəqiqə ərzində cavablandıracaqlar.

Olimpiadada yüksək nəticə əldə edən hər bir şagirdə və həmin şagirdlərin oxuduğu məktəbə beynəlxalq sertifikat təqdim ediləcəkdir.

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib

 

17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən noyabrın 15-də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi.

Ardını oxu...

Naxçıvan şəhər məktəbliləri arasında şeir müsabiqəsi keçirilib

 


 

13 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdləri arasında  17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında suverenliyimizin rəmzi olan dövlət bayrağı haqqında biliklərin aşılanması, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Ardını oxu...

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı - "Naxçıvan! - 95

Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq müasir səviyyəyə gəlib çıxmışdır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqa müraciətində təhsil sahəsində görülən işləri “çox əhəmiyyətli iş” kimi dəyərləndirərək demişdir: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg