Gənc kadrlarla görüş keçirilmişdir


Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərində vakant vəzifələr üçün keçirilən müsabiqədə müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri gənclərə göstərilən yüksək dövlət qayğısından danışmış, bildirmişdir ki, bu gün muxtar respublikamızda gənclərə göstərilən yüksək qayğılardan biri də onların işlə təmin olunmasıdır.

Ardını oxu...

Şagirdlər arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilmişdir

Sədərək  rayon Təhsil  Şöbəsi və Naxçıvan  Dövət  Rəsm Qalereyasının birgə təşkilatçılığı  ilə  Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində   Sədərək  rayon ümumtəhsil məktəblərinin  şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı  rəsm  müsabiqəsi  keçirilmişdir.

Müsabiqədə çıxış edən Naxçıvan Dövlət rəsm qalereyasının direktoru Hökmə Məmmədli müsabiqənin keçirilməsi haqqında şagirdlərə geniş məlumat verərək müsabiqəni açıq elan etmişdir.

Ardını oxu...

Payız kənd tam orta məktəbinin komandası ikinci dəfə respublika çempionu oldu

 

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır.

Ardını oxu...

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, sakinlərin rahat yaşayışı təmin edilib.

Noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Ardını oxu...

9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə aparıcılar bildirdi ki, Azərbaycanın üçrəngli milli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəzmlərindən biridir. Ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg