Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edildi

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib.

Müsabiqəyə 229 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur (55 yer), Ordubad (49 yer), Şahbuz (37 yer) və  Babək (24 yer) rayonları üzrədir. Vakant vəzifələr sırasında Coğrafiya (44 yer), İngilis dili (29 yer), İbtidai sinif müəllimliyi (22 yer), Biologiya (21 yer) və Kimya (21 yer) ixtisasları üstünlük təşkil edir.

Ardını oxu...

Süni divara dırmanma üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən süni divara dırmanma üzrə muxtar respublika çempionatına yekun vurulub.

9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilən birincilikdə muxtar respublikanın şəhər və rayon komandaları mübarizə aparıblar. Birincilik şəxsi və komanda yarışlarından ibarət olub.

Ardını oxu...

Naxçıvan Texniki Kollecində Dövlət Bayrağı Günü qeyd olundu

Naxçıvan Texniki Kollecində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni oxunub.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirən bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.

Ardını oxu...

Qaliblər mükafatlandırılıb

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.

Ardını oxu...

9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Kəngərli rayon ümumtəhsil məktəblərinin 12 yaşadək şahmatçıları arasında şahmat yarışı keçirilib

07 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin 12 yaşadək şahmatçıları arasında “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış başlamazdan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg