“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır.