“Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçıları Beynəlxalq Müsabiqə və Konfranslarda uğurlar qazanıblar

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Hüseynov Qorxmaz Mansur oğlunun elmi rəhbərliyi ilə Naxçıvan şəhər 1№-li tam orta məktəbin X sinif şagirdi Rəhimli Rəna Coşqun qızının “Hidrokimyəvi metodla CuSbS2 və Cu3SbS3 birləşmələrinin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin 10 fevral 2022-ci ildə təşkil etdiyi “Müasir elmi tədqiqatlar: aktual məsələlər, nailiyyətlər və yeniliklər ” Beynəlxalq elmi-praktik konfarınsına göndərilmiş və müsabiqədə I yerə layiq görülmüşdür.

Ardını oxu...

43 şagird Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsininqaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.

Təhsil naziri bildirib ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Muxtar respublika məktəblilərinin olimpiada hərəkatında daha fəal iştirak etmələri məqsədilə cari tədris ilində  muxtar respublika və respublika olimpiadaları ilə yanaşı beynəlxalq olimpiada və müsabiqələr də keçirilib.

Cari tədris ilində IX-XI sinif şagirdləri üçün “Məktəblilərin muxtar respublika fənn olimpiadaları”,  “Respublika fənn olimpiadaları”nın rayon (şəhər) və yarımfinal mərhələləri, II-X sinif şagirdləri üçün “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”,  VII-IX sinif şagirdləri üçün “Amerikan Riyaziyyat Müsabqəsi” keçirilmişdir. Növbəti aylarda isə “Respublika fənn olimpiadaları”nın final mərhələsi, V siniflər üçün “Lütfi Zadə adına Məktəblilərarası  Məntiq Olimpiadası”,  VI-VII siniflər üçün “Respublika fənn müsabiqəsi”, I-XI sinif şagirdləri üçün isə “SASMO” Beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsi nəzərdə tutulur.

Ardını oxu...

Ali Məclisin Sədri muxtar respublika qadınlarını təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

Babayeva Zərövşən Yaşar qızı

Məmmədova Ruqiyyə Hüseyn qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

İsmayılova Səkinə Hacı qızı – “Əməkdar həkim” fəxri adı ilə;

Rüstəmova Gülşad Qəzənfər qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Rüstəmova Süsən Elmixan qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;

Hüseynova Rəna Sultan qızı

Muxtarova Fərqanə Yusif qızı

Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

Dövlət qayğısı ilə qazanılan uğurlar gələcək fəaliyyət üçün stimuldur

Muxtar respublikamızda elm, təhsil, mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısı hesabına bu sahələrdə istedadlı gənclərimiz çalışır, uğur qazanır, ölkənin gələcəyinə öz töhfələrini verirlər. Gülxanım Orucova da təhsil sahəsində uğur qazananlardan biridir. Onunla həyata keçirdiyi işlər və əldə etdiyi nailiyyətlər barədə həmsöhbət olduq. Öyrəndik ki, 1989-cu ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olan Gülxanım 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına daxil olub, 2013-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2009-2016-cı illərdə Şərur rayon Xələc kənd tam orta məktəbində ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib. Həmin dövrdə şagirdləri ilə müxtəlif müsabiqələrə qoşularaq qalib olan müsahibim “Təhsil problemləri” qəzetində “Müasir dərsin qurulması” mövzularında bir neçə məqalə ilə çıxış edib. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Yeni fənn kurikulumları” təlimində iştirak edib, kursu müvəffəqiyyətlə başa vurduğu üçün təlimçi seçilib.

Ardını oxu...

Atletika idman növləri üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir

Martın 4-də  Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman Nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının təşkilatçılığı ilə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş atletika üzrə muxtar respublika birinciliyi keçirilib. Atletikanın qaçış, yadro itələmə və nizəatma növləri üzrə təşkil edilən yarışın məqsədi uşaq və yeniyetmələrin atletika idman növünə marağını artırmaq, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin xüsusi bacarığı ilə seçilən idmançıları müəyyən etmək və üzə çıxarmaqdan ibarət olub.

İki mərhələdə nəzərdə tutulan birinciliyin, 1-ci mərhələsi  şəhər və rayondaxili yarışlar formasında keçirilib. Şəhər və rayondaxili yarışlarda 1-ci yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən birincilikdə muxtar respublikanın ümumtəhsil məktəblərindən  8 komanda iştirak edib. Oyunların yekun nəticəsinə əsasən Naxçıvan şəhər   komandası I, Sədərək rayon   komandası II, Şərur rayon   komandası  isə III yeri tutaraq qalib olmuşlar.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg