STEAM Tədris Mərkəzindən “Arduino texnologiyası” mövzusunda növbəti interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq fevralın 18-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən keçirilib.

İnteraktiv dərsdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Fuad Babayev “Arduino texnologiyası” haqqında şagirdlərə məlumat verib.Bildirib ki, orijinal arduino avadanlıqları İtaliya şirkəti olan Smart Projects tərəfindən istehsal edilir. Kommersiya məqsədi ilə istehsal edilən orijinal arduino lövhələrinin 17 növü vardır.

Şagirdlərin diqqətinə çatdırılıb ki, arduino texnologiyası ona daxil olan LED, servolar, düymələr və  idarə olunmasına əsasən bir mikroprosessor, giriş və ya çıxış sancaqları olan açıq mənbəli bir elektron kartdır. Panel ümumiyyətlə USB və ya xarici bir təchizatı ilə işləyir ki, bu da digər avadanlıq və sensorlara güc verməyə imkan verir.

İnteraktiv dərsdə arduino avadanlığı və proqram təminatına əsaslanan açıq mənbəli elektron prototip platforma ilə  bağlı şagirdlərə ətraflı məlumatlar verilib, bu  texnologiyada proqramın yazılması və IDE-dən istifadə edərək Arduino-ya yukləmə qaydası  iş ardıcıllığı  ilə izah olunub.

İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.

Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2021-2022-ci tədris ilinin ikinci yarısında  keçəcəkləri pedaqoji təcrübəyə həsr edilən  başlanğıc konfransı keçirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq bildirib  ki,əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün muxtar respublikada uğurla davam etdirilir, bütün təhsil pillələri üçün hərtərəfli şərait yaradılır.

Qeyd olunub ki, təhsilin inkişafına göstərilən qayğı, yaradılan şərait təhsildə yeni  təlim metodlarının tətbiqinə geniş imkanlar açıb.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamına uyğun olaraq ötən il ”Naxçıvan” Univeristetində  STEAM kabinəsi yaradılıb.

Rektor pedaqoji təcrübənin də əhəmiyyətinə toxunaraq bildirib ki, tələbələr dərslərə hazırlıqlı daxil olmalı , nizam-intizam qaydalarına riayət etmələli ,nəzəri biliklərini təcrübə baxımından zənginləşdirməlidirlər.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “Naxçıvan” Universitetində də yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 186-sı ixtisas seçimi zamanı “Naxçıvan” Universitetini seçib. Həmin186 abituriyentdən 76-sı pedaqoji profilli ixtisaslarda təhsil alırlar.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan təcrübəçi tələbələrlə təcrübəqabağı konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və təcrübəçi tələbələr iştirak ediblər.

İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, pedoqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı ,ali təhsil müəssisələrinin  tədris planında xususi önəm daşıyan  bir prosesdir . Belə ki, tələbələr pedoqoji təcrübədə məktəb müəllimlərinin dərslərində iştirak edərək tədris sistemini müşahidə etməklə bir çox-sosial pedoqoji dəyərlərə yiyələnəcəklər. Həmçinin proqram materiallarının perspektiv və cari planlaşdırılmasına dair vərdişlər qazanacaq, qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 16-da "Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II  hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir... Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”. Muxtar respublikada da həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olmuş, müasir infrastruktur yaradılmışdır.
Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg