Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev çıxış edərək aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq-təbabəti sahəsində dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Bu səbəbdən də mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır.

Ardını oxu...

Xocalı soyqırımına həsr olunmuş interaktiv dərs keçirilib

Fevralın 25-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında  interaktiv dərs keçirilib.

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə amansızlığına və qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı soyqırımı haqqında məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə keçirilən dərsdə qeyd olunub ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törətdilər.

Ardını oxu...

Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir.

Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən vebinar keçirilib.

Vebinarda Naxçıvan Muxtar Respublikasının  Təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin  müasir biliklərə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır.

Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci 25 iyun tarixli Sərəncamı ilə texniki kollecin rabitə sahəsi üzrə ixtisasları Naxçıvan Muxtar Respulikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Ötən müddət ərzində hamilik tədbirləri çərçivəsində  Rabitə və Yeni Texnologiyalar  və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə  tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün  bir sıra tədbirlər həyata keçirilib. Bu günkü vebinar da  hamilik çərçivəsində keçirilən tədbirlərin davamıdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg