“Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssü-müdür”mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər arasında “Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssü­müdür” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş müsabiqə martın 16-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan  34 şagird iştirak edib.

Ardını oxu...

Türkiyəli şagirdlər Heydər Əliyev adına tam orta məktəbdə olublar

Martın 17-də Türkiyənin Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və   şagirdləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılıb, 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Ardını oxu...

STEAM Tədris Mərkəzindən “Arduino ilə müxtəlif layihələrin hazırlanması” mövzusunda növbəti interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq martın 17-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.

İnteraktiv dərsdə STEAM təlimçisi Elmin Əsgərov “Arduino ilə müxtəlif layihələrin hazırlanması” ilə bağlı şagirdlərə ətraflı məlumat verib.

Ardını oxu...

Türkiyəli şagirdlər Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzində olublar

Martın 16-da Türkiyənin Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və  şagirdləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzi və mərkəzdə yaradılan innovativ dərnəklərlə tanış olublar.

Qonaqlar ilk əvvəl Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgiyə baxıblar. Məlumat verilib ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunub. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə  çıxarılması üçün zəruri tədbirlər görülülür.

Ardını oxu...

Dərsliklərin müzakirəsi davam etdirilir

16 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl biologiya müəllimlərinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun  professor və müəllim heyətinin, Biologiya ixtisası üzrə  təhsil alan tələbələrin  iştirakı ilə VII, X sinif Biologiya dərsliklərinin müzakirəsi keçirilib. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən  müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən  tapşırıqların icrası diqqətdə saxlanılır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg