Bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin müasir biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılır. Bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikada təhsil inkişaf dövrünə qədəm qoyub. Məqsədyönlü təhsil siyasətinin nəticəsidir ki, şagirdlər artıq hərtərəfli biliyə yiyələnməklə qəbul imtahanlarında da yaxşı nəticələr göstərirlər.Qeyd edək ki, şagirdlərin biliklərinin inkişaf etdirilməsində keçirilən olimpiadaların da böyük əhəmiyyəti var.