Məktəblilər arasında “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqəsi keçirilib

Fevralın 22-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “Lego Sumo” və “Sosial texnologiyalar” müsabiqəsi keçirilib

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 3 nömrəli məktəbdə keçirilib. Şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin tətbiqinə şərait yaratmaq məqsədilə keçirilən “Lego Sumo” və “Sosial texnologiyalar”  müsabiqələrində   şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 82 komanda olmaqla, ümumilikdə 144 şagird iştirak edib.

Müsabiqədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb. Bildirilib  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamına əsasən bugünədək 56 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması işləri davam etdirilir, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq tədbirləri görülür, Naxçıvan şəhərində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır.

Ardını oxu...

Ali Məclisin Sədri Dövlət Agentliyinə direktor təyin edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Yavər Hacıyevin Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin         edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Yavər Səməd oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilsin".

Məktəblilər arasında memarlıq-dizayn müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında memarlıq-dizayn müsabiqəsi təşkil olunub.  Müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik  şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.

Tədbirdə  Təhsil Nazirliyi Aparatının sektor müdirləri  Rasim Rüstəmov və Murad Babayev  qeyd ediblər  ki,  dövlətimizin qayğısı nəticəsində 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni innovativ dərnəklər yaradılıb. Bildirilib ki, innovativ dərnəklərin yaradılması muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət imkanlarının genişləndirilməsi işində həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir. Təşkil edilən müsabiqədə yeni yaradılan memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak edir.

Ardını oxu...

Məktəblilərin “Dram” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə  ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi  keçirilib.

Dram müsabiqəsinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması və onların ədəbiyyata olan marağının artırılması ilə yanaşı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasında mühüm əhəmiyyətə malikdir.

Keçirilən tədbirlər, obrazlı təsvirlər uşaqlarda nitq inkişafı ilə yanaşı özünə güvən hissini də möhkəmləndirir, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində mühüm rol oynayır. Şagirdlər tərəfindən dram əsərlərindən parçaların səhnələşdirilməsi onların həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır, xüsusən də istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.

Ardını oxu...

Kişilər arasında Azərbaycan çempionatı başa çatıb

Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq ikinci dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

Fevral ayının 18-də Naxçıvan Şahmat Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov bildirib ki, ölkə çempionatının ardıcıl olaraq ikinci dəfə Naxçıvanda keçirilməsi muxtar respublikamızda şahmata, eləcə də şahmatçılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Çempionat naxçıvanlı şahmatçıların inkişafına, onların oyun təcrübələrinin artırılmasına böyük töhfə verdi. Azərbaycanın ən güclü şahmatçılarının burada iştirakı həm də şahmatçılarımız üçün bir stimuldur. Hər il təşkil olunan belə yarışların nəticəsidir ki, bu gün Naxçıvan şahmatçıları inkişaf yolundadır. Eyni zamanda onlar keçirilən bu yarışlardan təcrübə qazanırlar.

Seymur Talıbov bütün iştirakçıları və qalibləri təbrik edib, qaliblərə Sloveniyada kişilər arasında keçiriləcək Avropa çempionatında uğurlar arzulayıb.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg