Culfa rayon məktəbliləri arasında idman yarışları keçirilib

Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında stolüstü tennis idman klubları arasında yoldaşlıq görüşü keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin idman bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur.  Yarışın yekun nəticəsinə əsasən Bənəniyar kənd tam orta məktəbin komandası I, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası II, Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib gələn komandalara və fərqlənən idmançılara diplomlar verilmişdir.

Ardını oxu...

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi hər il 100 faiz qəbul verir

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bu sahədə muxtar respublikada kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlət təşkil edilib.

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və məktəbin şagirdlərinin birgə hazırladığı tədbirdə dahi söz ustadının zəngin yaradıcılıq yoluna nəzər salınmış, sənətkarın əsərlərindən hissələr şagirdlər tərəfindən səhnələşdirilmiş, xəmsəyə daxil olan poemalar haqqında ətraflı məlumat verilmişdir. Nizami Gəncəvinin “Yaralı uşağın dastanı”, “Kərpickəsən kişinin dastanı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilmişdir. Şairin portreti məktəbin VI sinif şagirdi İsmayılova Qəmər Cavid qızı tərəfindən çəkilmişdir.

Ardını oxu...

Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin muzeylərə ekskursiyaları təşkil olunub

Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın, Açıq Səma Altındakı Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən abidələr haqqında dərnək üzvlərini geniş məlumatlandırmaq tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək məqsədilə təşkil edilən ekskursiyada mərkəzin 5 dərnək rəhbəri və 20 dərnək üzvü iştirak edib.

Ardını oxu...

“Mütaliə aylığı” çərçivəsində “Sürətli oxu” dərnəyinin üzvləri arasında ilk dəfə müsabiqə keçirilib

Muxtar respublikada ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində də uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnək - Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri,     2020-2021-ci tədris ilindən isə STEAM dərnəyi fəaliyyət göstərir ki, həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg