“Məktəblilərin dram müsabiqəsi”nin qalibləri mükafatlandırıldı

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna əhəmiyyəti vardır. Mütaliə şagirdlərdə söz ehtiyatını artırır, onların nitq mədəniyyətinin formalaşmasına, sərbəst düşünüb nəticə çıxarmalarına mühüm təsir göstərir. “Məktəblilərin dram müsabiqəsi” də şagirdlərdə mütaliə vərdişlərinin formalaşması istiqamətində keçirilən müsabiqələrdən biridir. Bu gün “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə STEAM Tədris Mərkəzində seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.

Ardını oxu...

Hüseyn Cavidin “Ana” dramı dram dərnəyinin üzvləri tərəfindən səhnələşdirilib

Aprelin 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə eyni zamanda mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər də nümayiş olunub.

Ardını oxu...

“Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi keçirilib. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən müsabiqədə 20-dən çox şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixinə, səfalı dağlarına, yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar təbiətini rəsmlərdə canlandırmaqla  şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarət olub.

Ardını oxu...

Muxtar respublika məktəbliləri üçün interaktiv dərs olub

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Naxçıvan Muxtar Respublikasının petrofil (qaya-töküntü) bitkiliyi” mövzusunda interaktiv dərs olub.

Bölmənin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun apardığı dərsdə ilk növbədə muxtar respublikanın zəngin florası haqqında məlumat verilib, relyef, iqlim xüsusiyyətləri və başqa amillərin təsirlərindən bəhs olunub. Bildirilib ki, qayalıq, daş töküntülü ərazilərdə yayılmış bitkilər geobotanikada petrofil termini adı altında ümumiləşdirilmişdir. Petrofil bitkilər Naxçıvan Muxtar Respublikası ərazisində 75 fəsil, 210 cins və 350-dən artıq növlə təmsil olunur. Onlardan bəzilərinin adı nadir bitki kimi “Naxçıvan Muxtar Respublikası florasının “Qırmızı kitabına” düşmüş, bir neçə növün adının isə kitabın növbəti cildinə daxil edilməsi tövsiyə edilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg