Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlərin milli-mədəni irsimizlə vəzəngin tarixi keçmişimizlə, maddi-mədəniyyət nümunələri ilə tanış edilməsi, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliği diqqətdə saxlanılır və bu istiqamətdə bir sıra tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq “18 may - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksinə, Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil olunub.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamı ilə həmin ildən etibarən ümumi təhsil müəssisələrini bitirən, ilk dəfə orta ixtisas təhsili müəssisələrinə və ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş vətəndaşların iştirak haqları dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.
Babək rayon ümumtəhsil məktəbləri arasında tenis, voleybol, mini futbol və suni divara dırmanma idman növləri üzrə yarışlar keçirilib.
Kəngərli Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman Məktəbi və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə mini futbol üzrə rayon birinciliyi keçirilib.